13 C
Baku
Tuesday, October 1, 2024

Palatanın icraşı direktoru: “Vəzifəmizin məsuliyyətini dərk edirik”

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimatı keçirilib.

Palatanın icraçı direktoru İbrahim Alışov 2016-2017-ci illər ərzində dövlət təşkilatları, publik hüquqi şəxslər , habelə maliyyə bazarlarının iştirakçıları tərəfindən ölkə prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin icrası nəticəsində müsbət iqtisadi meyllərin yarandığını, inflyasiyanın azaldığını, milli valyutanın məzənnəsinin sabitləşdiyini, bank sektoruna kapital qoyuluşunun təmin edildiyini, əmanətlərin artdığınıvə əhalinin maliyyə sektoruna etimadının bərpa olunduğunu bildirib.

Deyib ki, maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institutsional islahatlar Azərbaycan İpoteka Və Kredit Zəmanət Fondunun və Özəl kredit Bürosunun yaradılması olub.

Tədbirdə Daşınar əmlakın yüklülüyünün reyestrinin formalaşdırılmasının da maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağı qeyd olunub. Reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifafəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən icraçı direktor sözügedən reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.

İ.Alışov qeyd edib ki, reysetrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxsləri daşınar əmlaklarını reystrdə yüklü etməklə kredit təşkilatlarından vəsait cəlb etməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək. İcraçı direktor bildirib ki, ölkə iqtisadiyyatında baş verən irəliləyiş nəticəsində manat 4 faiz möhkəmlənib:

“Qeyri-neft ÜDM-i 3,9 artım qeydə alınıb. Neftdən asılılığın azaldılmasının əsas istiqamət Strateji yol xəritəsinin icrası ilə bağlıdır. Palata yarandığı gündən qarşıya qoyulan addımlara doğru irəliləyiş nümayiş etdirir. Bizim hər birimiz vəzifəmizin məsuliyyətini dərk edirik”.

İ.Alışov bildirib ki, 2018-ci il perspektivli bə əhəmiyyətli il kimi görürük.

“Bu il ölkəmiz qçqn fundamental inkişaf ili ilə yadda qalacaq. Cənab prezident tərəfindən 3 əsas təsisatın- fəaliyyətə başlaması Azərbayacanda insanların, kiçik və orta sahibkarlıq subyektlərinin kreditlərə əlçatanlığını təmin edəcək”.

İcraçı direktor deyib ki, Daşınar əmlakın yüklülüyünün təmin edilməsi iqtisadiyyat üçün katalizator rolunu oynayacaq.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər