Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)nümayəndəsi Aqşin Əlizadə İcbari Sığorta Bürosunun Himayəçilər Şurasındakı üzvlükdən çıxıb.
Banker.az bunu şirkətə yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.
Məlumata görə, onu bu vəzifədə MBNP nümayəndəsi kimi Məmməd Natiq oğlu Atakişiyev əvəz edib. Məlumat üçün bildirək ki, MBNP-nin iki nümayəndəsi var. Digər nümayəndəsi isə Məhəmməd Həsənlidir.
Qeyd edək ki, İSB-da Himayəçilər Şurasının sədri “Axa Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Lana Gözəlova, müavini isə “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədrinin müşaviri olan Tələt Səfərovdur.