Palatanın (MBNP) İdarə Heyəti üzvlərindən biri vəzifəsindən gedib

0

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyəti üzvi vəzifəsini icra edən Əfqan M. Baxışov vəzifəsindən gedib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əfqan Baxışov 2017-ci ildə Hüquq və icraat departamentinin direktoru kimi gəlmişdi və o, Fəxriyar Cabbarov əvəzləmişdi.

Qeyd edək ki, Palatanın İdarə Heyəti sədri ilə yanaşı cəmi 2 üzvü qalıb. Onların hər biri vəzifələrini müvəqqəti icra edirlər.

Bir il öncə Prezident İlham Əliyev “Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdı və Palatanın Direktorlar Şurası ləğv edilmişdi. Buna qədər bu DŞ-ya Rüfət Aslanlı sədirlik edirdi.

Bu ləğvdən sonra Palatanı idarəetmə orqanı İdarə Heyəti sayılır.

Platanın fəaliyyətinə dair qanunda qeyd edilir ki, İdarə Heyəti Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.