Palatanın sabiq əməkdaşına Dövlət Məşğulluq Agentliyində vəzifə verilib

Elşən Allahverdiyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sənədlər və müraciətlərlə iş departamenti”nin müdiri təyin edilib.

Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor, “Caspian Development Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyində Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb.