15 C
Baku
Friday, March 29, 2024

Palladium və rodiumun qiymətləri rekord səviyyədə yüksəlib

Palladium və rodiumun qiymətləri 2019-cu ildə rekord səviyyədə yüksəlib.

Palladiumun qiyməti il ərzində təqribən iki dəfə artıb, ötən həftə isə ardıcıl olaraq bir unsiya üçün 2 min və 2,1 min dollar səviyyəsinə yüksəlib. Beləliklə, dörd il ərzində qiymətli metalın qiymət artımı 300% təşkil edib.

Son ayların ən çox tələbatlı xammalı platin qrupunun daha nadir metalı – rodium olub. 

“Bloomberg”in məlumatına görə, ilin əvvəlindən rodium 31% bahalaşıb, son üç ildə isə onun qiyməti 12 dəfə artıb. Hazırda rodiumun bir troy unsiyası 8 min dollardan bahadır.

Son xəbərlər
Digər xəbərlər