19 C
Baku
Saturday, October 18, 2025

Palladiumun qiyməti 2023-cü ilin fevral ayından bəri ilk dəfə 1650 dollara yüksəlib

Palladiumun dekabr fyuçerslərinin dəyəri 4,3% artaraq bir unsiya üçün $1650-a çatıb. Bu göstərici son dəfə 2023-cü il fevralın 9-da qeydə alınıb. Məlumat Nyu-York Əmtəə Birjasının (NYMEX) hesabatlarından götürülüb.

Dünən Bakı vaxtı ilə 20:00-da palladium fyuçerslərinin qiyməti $1662-a (+4,53%) yüksəlib. 17:46-da isə bu göstərici bir unsiya üçün $1672 səviyyəsinə qədər çatıb.

Palladiumun qiymətləri son iki ilin maksimum səviyyəsinə qayıdıb — ötən həftə ərzində onlar 16% artaraq bir unsiya üçün $1500-a yüksəlib. Payızın əvvəlindən bəri palladiumun qiyməti 32% bahalaşıb və bütün digər qiymətli metalları geridə qoyub.

Son xəbərlər
Digər xəbərlər