Bazar ertəsi “Comex” birjasında ticarət sessiyası zamanı palladiumun dəyəri tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 3,4 min ABŞ dollarından yuxarı qalxıb.
Bunu ticarət platformasının məlumatından görmək olar.
Saat 12:35-ə olan məlumata görə, qiymətli metalın qiyməti 14,01% artaraq 1 unsiya üçün 3,409 min dollar təşkil edib. Saat 13:01-də isə palladiumun qiyməti artım baxımından yavaşlayıb və 1 unsiya üçün 3,323 min dollar (+11,44%) səviyyəsində olub.
Mütəxəssislərin fikrincə, palladiumun qiyməti təqribən 40% payla bu metalın dünya bazarındakı ən böyük tədarükçüsü olan Rusiyadan tədarükdə problemlər ola biləcəyi ilə bağlı narahatlıqlar əsasında yüksəlir.