Azərbaycanın xaricdən idxal etdiyi palma yağının qiymətlərinin 39% bahalaşması ölkə üzrə bu məhsulun alışına xərclərini artırıb.
Banker.az xəbər verir ki, 2021-ci ilin ilk rübündə xaricdən 12.78 min ton həcmində xam palma yağı idxal edib. İdxal edilmiş bu xam malın dəyəri $15.33 mln. təşkil edib. Öncəki ilin eyni dövrü ərzində Azərbaycan xaricdən 14.28 min ton həcmində xam palma yağı idxal etmişdi, bunun da idxal dəyəri $12.31 mln. idi.
Azərbaycan xam palma yağının hər tonu üzrə ötən il $861 xərc çəkdiyi halda bu il bu $1 199-a qədər yüksəlib. Bu isə o deməkdir ki, ölkəmiz öncəki ildən 10.5% az bu yağ gətirilsə də, valyuta axınını 24.5% artırıb.
İdxal olunmuş palma yağının 10.68 min tonu İndoneziya ($12.55 mln.) və 2.09 min tonu isə Malayziyadan ($2.78 mln.) gətirlib.