7 C
Baku
Sunday, December 15, 2024

“Palmali” haqlarında yayılanları “uydurma xəbər” adlandırdı

“Palmali” Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti tərəfindən şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.

“Palmali”nin regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov APA-ya bildirib ki, yayılan xəbərlər uydurmadır. T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları “Palmali”ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib.

Tuyqun Nadirov
Tuyqun Nadirov

“Qəti şəkildə bildirirəm ki, “Palmali” şirkətlər qrupunun nə Rusiyanın vergi, nə də hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır. Bu yazının “Russia Today” telekanalı tərəfindən tirajlanmasına da təəccüblənmədim. Belə ki, bu telekanalın rəhbəri erməni əsilli Marqarita Simonyandır. Onu da qeyd edim ki, Simonyan Azərbaycana qarşı hər zaman ədalətsiz mövqedən çıxış edib. Bir daha deyirəm ki, şirkətimizin nümayəndəliyində heç bir yoxlama aparılmır”, – deyə o vurğulayıb.

 

Son xəbərlər
Digər xəbərlər