“Palmali” şirkətinin daha iki gəmisinin işçiləri maaş ala bilmir

“Palmali” şirkətinə məxsus “Masallı” və “Bozdag” gəmilərinin heyyəti artıq 10 aya yaxındır əmək haqqı almır. Banker.az bildirir ki, mənbə bu barədə xarici KİV-ə istinadedir.

Belə ki, azırda Estoniyanın Tallin limanında dayanan gəmilərin heyyət üzvləri fəlakətli vəziyyətdədir.

Xatırladaq ki, oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus 4 gəminin heyyəti analoji səbəblərdən aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, içərisində Rusiya gəmiçiləri də olan 11-12 nəfərdən ibarət “Riroil 2” tankerinin heyyəti ötən ildən əmək haqlarını ala bilməmələrinə etiraz olaraq 2018-ci il sentyabrın 1-dən başlatdıqları aclıq aksiyasını hələ də davam etdirir.


©Finans.az