11 C
Baku
Tuesday, November 5, 2024

“Palmali”nin 4 tankerini bu şirkətlər alıb – Mənbə bildirir

Azərbaycanlı iş adamının Mübariz Mənsimovun sahib olduğu “Palmali”nin 4 tankeri Rusiyanın “Sberbank” ına olan borcların əvəzində hərrada satılıb.

Banker.az xəbər verir ki, bunu yerli “Virtualaz.org” adlı mənbə bildirir.

Mənbə iddia edir ki, “Palmali Gemiçilik” şirkətlər qrupunun ötən il müflis elan edilən Rusiya törəməsi “Palmali” MMC-nin mülkiyyətində olan tankerlərin satışından cəmi 8 milyon dollar vəsait əldə olunub. Şirkətin “Sberbank”a olan borcu isə 210 milyon dollardır.

Hərrac zamanı “Palmali”nin tankerlərindən ikisini Nigeriya şirkəti “Deep Frontline Shippers” alıb. Bunlar 6600 ton yük tutumlu “Riroil-2” və “Riroil-3” tankerləridir. Nigeriya şirkəti gəmilərin adını “Vedmata” və “Vishvamata” olaraq dəyişdirib.

“Palmali”nin gəmilərindən daha birini-6600 ton yük tutumlu “Riroil-1” tankerini “Karadeniz Holding” adlı dəniz yükdaşıma şirkəti alıb. Bu şirkətin fəaliyyəti ənənəvi okean ticarət gəmilərini İraq və Livan kimi enerji baxımından yoxsul ölkələrə xidmət verən üzən elektrik stansiyalarına çevirməkdir.

Mənsimovun hərraca çıxarılan dördüncü gəmisi “Riroil-4” isə “Hellenic Environmental Center” adlı Yunanıstan şirkəti alıb.

Xatırladaq ki, Mənsimov Rusiya yükdaşımalar bazarını tərk etdikdən sonra bütün biznesini Türkiyəyə cəmlədiyini elan edib.

Son xəbərlər
Digər xəbərlər