Abunə üzrə paltar saxlama xidmətlərini təklif edən Clutter, SoftaBank Vision Fund fondundan və Sequoia, GV (keçmiş Google Ventures), Fifth Wall da daxil olmaqla, mövcud investorlardan 200 milyon dollar cəlb edib. CNBC-nin məlumatına görə, investorlar şirkəti 600 milyon dollar dəyərində qiymətləndiriblər.
Clutter bu qaydada işləyir: müştəri veb-sayt və ya mobil proqram vasitəsilə xidmət sifariş edir, xidmət işçiləri onun yanına gəlirlər, əşyaların şəkillərini çəkirirlər, sonra isə qablaşdıraraq anbara aparırlar. İstifadəçinin anbara getməsinə ehtiyac yoxdur, o, saxlama xidmətini buluddan istifadə edərək idarə edir.
Xidmət Çikaqo, Los Angeles, Nyu-Cersi, Nyu-York, San Diyeqo, Seattle və San Fransisko körfəzi ərazisində fəaliyyət göstərir. Xidmətin dəyəri ayda 75 dollardır. Alınan investisiyaların köməyi ilə şirkət, mövcud bazarlarda mövcudluğunu gücləndirməyi və yenilərə daxil olmağı planlaşdırır, məsələn, Filadelfiya.
Clutter şirkətinin təsisçisi və baş icraçı direktoru Ari Mir, şirkətin əvvəlcə təxminən 100 milyon dollar cəlb etməyi planladığını söyləyib, lakin SoftBank təsisçisi Masayoshi Son ilə şəxsi görüşdən sonra, o, əlavə imkanlar əldə edə biləcəyini başa düşüb.
CNBC qeyd edir ki, bu, SoftBank-ın məşhur bir strategiyasıdır. Bu sxem çərçivəsində yapon sərmayəçisi Uber, WeWork və DoorDash şirkətlərinə investisiya qoymuşdur.