21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Pambıq 1-ci, qızıl 2-ci olub – Qeyri-neft sektoru üzrə ixrac 16 faiz artıb

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı  birinci olub. Bu siyahıda qızıl ikinci,  xurma isə üçüncü yerdə qərarlaşıb. 

 2021-ci ilin birinci rübü ərzində Türkiyəyə  163,1   milyon, Rusiyaya 129,8   milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana  38 milyon və ABŞ  18,3   milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 milyon ABŞ dolları) və Gürcüstan üçüncü ( 9,7 milyon ABŞ dolları) olub.

 2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı  (9,7 milyon ABŞ dolları) üçüncü olub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər