Pambıq emalı və istehsalı üzrə Direktor Müavini
Gilan Kənd Təsərrüfatı Qrupu Pambıq emalı və istehsalı üzrə Direktor müavini vakansiyasına təcrübəli işçi axtarır.
Vəzifələri:
• Pambıq müəssisələri üzrə xam pambığın emalı və satışa hazırlanması prosesinin təşkil edilməsi;
• Pambıq üzrə köməkçi məhsulların, çiyid, lint, ulyuk və s. saxlanılmasına və satışa hazır olmasına nəzarət edilməsi;
• Pambıq müəssisələrində istehsalın keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi;
• Pambıq müəssisələrinin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət və dəstək edilməsi;
• Pambıq müəssisələrinin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. üçün təchizat planının hazırlanması;
• Pambıq müəssisələrində biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
• Müəssisənin satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;
Tələblər:
• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
• Pambıq istehsalı və emalı sahəsində 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik, ünsiyyətcillik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
• MS Office proqramlarını yüksək səviyyədə istifadə edə bilmək;
Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4152#