22 C
Baku
Thursday, April 25, 2024

Pambıq qəbulu məntəqələrinə bu günədək 271 min tona yaxın məhsul təhvil verilib

Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Keçən il noyabrın 6-dək 201 min 212 ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Sahələrdən məhsulun 90 faizinin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də start verilib. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə bu kombaynlar da yığım prosesinə cəlb olunacaq.

Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

cotton pambiq

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər