19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Pambıq yağının bahalaşması hər tonunda Azərbaycana $262 əlavə valyuta gətirdi

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan xaricə satdığı pambıq tumundan (çiyid) alınan yağın həcmini artırıb.

Banker.az-ın rəsmi mənbəyə istinadla xəbərinə görə, 2021-ci ilin birinci yarısında Azərbaycanda xaricə 3 484 ton həcmində pambıq ixrac edilib. Bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 56% artım deməkdir.

İxrac olunan pambıq yağının ixrac dəyəri isə 2.97 mln. dollar olmuşdur. Bu isə ölkəyə valyuta axının 2.2 dəfə artması deməkdir.

Valyuta axının kəskin artımına isə pambıq yağının bahalaşması olub. Məsələn, 2020-ci ilin ilk altı ayında orta qiymət olaraq pambıq yağının hər tonu Azərbaycana 592 dollara valyuta gətirib, bu isə cari ilin müvafiq dövründə 854 dollar idi. Yəni, 44% bahalaşmaqla hər tonuna ölkəyə 262 dollar əlavə valyuta gətirib.

Pambıq yağının 1 839 tonu (1.54 mln. dolları) Türkmənistana, 1 590 tonu (1.38 mln dolları) Türkiyəyə ixrac edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər