6 C
Baku
Wednesday, March 5, 2025

Panama Prezidenti: ABŞ-nin kanala nəzarətin bərpası ilə bağlı iddiaları əsassızdır

Panama Prezidenti Xose Raul Mulino ABŞ Prezidenti Donald Trampın Panama kanalı ətrafındakı vəziyyətlə bağlı fikirlərini təkzib edib.

Mulino kanal ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini sosial şəbəkədə yazıb.

“Prezident Tramp yenə yalan danışır. Panama kanalına nəzarəti bərpa etməkdən söhbət getmir və bu, ABŞ Dövlət katibi Marko Rubio və ya bir başqası ilə hansısa danışıqlarda müzakirə olunmayıb”, – o deyib.

Mulino qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlər üzrə razılaşmalar əsasında inkişaf edir və bunun nə kanalın ABŞ-a qaytarılması, nə də Panamanın milli suverenliyinə zərbə vurmaqla heç bir əlaqəsi yoxdur.

“Kanal Panamaya məxsusdur və Panamanınkı da olaraq qalacaq!”, – prezident əminliklə bildirib.

Xatırladaq ki, daha əvvəl Tramp Konqresdəki çıxışı zamanı ABŞ-nin Panama kanalına nəzarəti bərpa etmək üçün addımlar atmağa başladığını bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər