9 C
Baku
Wednesday, January 22, 2025

Panama Trampın bəyanatları ilə bağlı BMT-yə müraciət edib

Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışında “Panama kanalını ələ keçirmək” niyyəti ilə bağlı bəyanatı fonunda BMT-nin baş katibi Antonio Quterreşə şikayət göndərib. “Reuters”in məlumatına görə, Panama hakimiyyəti məktubun təşkilatın Təhlükəsizlik Şurasının 15 üzvünə göndərilməsini istəyib.

Panamanın BMT-dəki səfiri Eloy Alfaro de Alba bildirib ki, BMT ölkələri “öz beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək təhlükəsindən çəkinirlər”.

Donald Tramp yanvarın 20-də inauqurasiya mərasimində çıxışında Panama kanalının “ABŞ-dən sonra axmaqcasına Panamaya verildiyini” və Çinin hazırda dəniz yoluna nəzarət etdiyini bildirib. “Biz onu Çinə vermədik, Panamaya verdik və geri almalıyıq”, – deyə cənab Tramp vurğulayıb. Panama prezidenti Xose Raul Mulino belə bir ssenarini istisna edib.

Son xəbərlər
Digər xəbərlər