Yaponiyanın “Panasonic” korporasiyası ABŞ-ın Kanzas ştatında elektromobillər üçün akkumulyator istehsal edən zavod tikməyi planlaşdırır.
Dörd milyard dollar dəyərində olacaq zavod akkumulyator istehsalında ən iri müəssisələrdən birinə çevriləcək. Eyni zamanda 4000-ə qədər iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, “Panasonic” Nevada ştatında “Tesla” şirkəti ilə birgə akkumulyator istehsal edən birgə müəssisəyə malikdir.