5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Panasonic” dördgünlük iş həftəsinə keçir

Yaponiyanın “Panasonic” şirkəti iş-həyat balansını təşviq etmək üçün qlobal tendensiyaya qoşulur və dördgünlük iş həftəsinə keçir.

Banker.az xəbər verir ki, Baş icraçı direktoru Yuki Kusumi investorların brifinqində bildirib ki, Osakada yerləşən elektronika konqlomeratının işçiləri həftəsonu könüllü olaraq çalışa bilərlər.

“Bizim vəzifəmiz – iş və həyat tərzi arasında mükəmməl tarazlığı tapmaqdır”, – deyə Kusumi söyləyib.

Qeyd edək ki, bununla belə dördgünlük iş həftəsinə keçən şirkətlər Yaponiyada azlıq təşkil edir – cəmi 8%. Hazırda dünyanın bir çox texnologiya şirkətləri sərt iş bazarında işçiləri cəlb etməyə çalışırlar.

Son xəbərlər
Oxşar xəbərlər