14 C
Baku
Saturday, November 23, 2024

“Panasonic” kompaniyası Avropada televizor istehsalını dayandıracaq

Yaponiyanın “Panasonic” kompaniyası 2022-ci ilin sonlarına qədər Avropadakı yeganə zavodunda televizor istehsalını dayandıracaq.

Kompaniyanın müəssisəsi Çexiyanın qərbindəki Plzen şəhərində yerləşir. 1997-ci ildə tikilən zavod indiyədək Avropa bazarına çatdırılmalar üçün istehsalat bazası rolunu oynayıb. Hər il bir milyon televizorun yığıldığı müəssisənin 400 min əməkdaşı işdən azad olunacaq və ya istilik nasoslarının istehsalına keçiriləcək.

“Panasonic” artıq Yaponiyada, həmçinin Vyetnam, Hindistan, Çin və Meksikada televizor istehsalını dayandırıb. Bu il Braziliyadakı istehsalın da dayandırılması planlaşdırılır. 2022-ci ilin martından sonra kompaniya yalnız Malayziya və Tayvandakı istehsalat xətlərini saxlayacaq.

Qeyd edək ki, “Panasonic” əsrin əvvəlində dünyanın ən aparıcı televizor istehsalçılarından biri olsa da, sonradan mövqelərini tədricən Cənubi Koreya və Çindəki rəqiblərinə verib. Kompaniyanın televizor satışları təxminən 3,6 milyon ədəd təşkil edib və onun qlobal bazardakı payı 2 faizə qədər azalıb.

Son xəbərlər
Digər xəbərlər