9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Pandemiya əngəl deyil: Ceff Bezos və İlon Mask sərvətlərini xeyli artırdılar

Bəzi amerikan milyarderlər, o cümlədən Ceff Bezos və İlon Mask, ciddi iqtisadi ziyada səbəb olan koronavirus pandemiyasının yayılmasına baxmayaraq son aylarda sərvətlərini xeyli artırdılar.

Banker.az xəbər verir ki, bu barədə Amerikanın qeyri-hökumət təşkilatı “Institute for Policy Studies” in (“Siyasi Tədqiqatlar İnstitutu”) cümə axşamı günü yaydığı hesabatda deyilir.

Tədqiqatçıların hesablamalarına görə, “1 yanvar 2020-ci il tarixindən 10 aprel 2020-ci il tarixinə qədər ABŞ-ın ən zəngin 170 milyarderlərindən 34-nün sərvəti on milyonlarla dollar artıb”. Onlar sırasına “Amazon” nun rəhbəri Ceff Bezos, keçmiş həyat yoldaşı Makkenzi Bezos, “Zoom” xidmətinin yaradıcısı Erik Yuan və “Microsoft” un keçmiş rəhbəri Stiv Balmer daxildir. Bundan əlavə siyahıda “Tesla” və “SpaceX” şirkətlərin rəhbəri İlon Mask, həmçinin biznesmenlər Con Albert Cobrato, Coşua Harris və Rokko Kommisso yer alıb.

Qeyd edildiyi kimi, son bir neçə ayda Ceff Bezosun sərvəti 15 milyard dollar, İlon Maskın sərvəti isə 5 milyard dollar artıb.

Son xəbərlər
Oxşar xəbərlər