16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Pandemiya alman şirkətlərinə işgüzar səfərlərdə €50 mlrd. qənaət etməyə kömək etdi

Screen Shot 2021 09 02 at 14.34.20

Koronavirus pandemiyası sayəsində alman şirkətləri 2020-ci ildə işgüzar səfərlərlə təxminən 50 milyard avro qənaət ediblər. 2019-cu illə müqayisədə xərclər təxminən 90% azalıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə Almaniya Səyahət İdarəetmə Birliyinin rəhbəri Hans-İnqo Bil məlumat verib. Müəssisənin qiymətləndirməsinə görə, 2020-ci ildə alman biznesi işgüzar səfərlərə 5-9 milyard avro xərcləyib. Ən çox böyük təşkilatlar qənaət edib: xüsusilə əczaçılıq nəhəngi olan “Bayer” (266 milyon avro) və BASF kimya konserni (200 milyon avro).

Assosiasiya tərkibinə daxil olan 560 şirkət arasında keçirilmiş sorğunun nəticələrinə əsasən qiymətləndirmə aparıb. Bil həmçinin koronavirus məhdudiyyətləri aradan qalxandan sonra da işgüzar səfərlərin sayının pandemiyadan əvvəlki dövrə nisbətən az qalacağını etiraf edib.

2020-ci ilin noyabrında “Microsoft”un icraçı direktoru Bill Qeyts koronavirus pandemiyasından sonra insanların səyahətlərdən kütləvi şəkildə imtina etməyə başlayacaqlarını proqnozlaşdırmışdır. Milyarderin fikrincə, iş məsələlərinin yarısı videobağlantı vasitəsilə həll ediləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər