-1 C
Baku
Sunday, December 15, 2024

Pandemiya böhranı ani şəkildə total avtomatlaşdırma sistemini sürətləndirəcək

Dünyada yayılmaqda davam edən koronavirus pandemiyası artıq milyonlarla insanı işsiz qoyub. Son 1 həftə ərzində təkcə ABŞ-da 6.6 milyon işsiz qeydə alınıb. Müxtəlif sahələr 3 milyarddan çox insanın olduğu qlobal karantinin ciddi nəticələri ilə mübarizə aparırlar. Lakin istənilən böhran yeni imkanlar deməkdir. Belə ki, koronavirus pandemiyası total avtomatlaşdırma sistemini sürətləndirəcək. Bu, bir çox şirkətlərə çətin vaxtları geridə qoymağa yardımçı olacaq. Lakin işsiz qalacaq insanların aqibətlərinin necə olacağı bilinmir. Bu barədə Protocol.com saytı xəbər verib.

Hal hazırda dünyanı bürümüş koronavirus pandemiyası çoxlu sayda işsizlərin ortaya çıxmasına səbəb oldu. Təkcə ABŞ-da keçən həftə 6.6 milyon işsiz qeydə alınıb. Mütəxəssislərin hesablamalarına əsasən işsizlərin sayı daha çox olacaq. Lakin onların iş yerləri pandemiyanın çətin vaxtlarının geridə qalmasından bir neçə ay sonra əmək bazarına geri qayıtmayacaqlar. Belə ki, iş yerlərini tədricən robotlar əldə edəcəklər. Uzun illər bundan öncə yaranmış bu tendensiya sürətli inkişaf üçün bugün stimul əldə edəcək

“Böhran bir növ katalizator rolunu oynayaraq dəyişiklikləri sürətləndirə bilər” – deyə biznes üzrə professor Arun Sundararajan qeyd edib
Onun fikrincə pandemiyadan sonra bizləri yeni paradiqma gözləyir. Yaranmış böhran total avtomatlaşdırma sistemini yaxınlaşdırmaq ilə yanaşı həmçinin gözlənilən dəyişikliklərin sürətləndirilməsinə səbəb olan investisiyaları da böyüdür. Brookings Institution-dan olan analitik Mark Muro-nun fikrincə texnologiyaların bahalı olması və böhran vaxtı böyük vəsaitlər ilə risk etməmək arzusu heç də avtomatlaşdırma sisteminin gəlişini ləngitməyəcək.

İqtisadiyyatın tarixçəsi onu göstərir ki, bir çox vacib qərarlar məhz böhran vaxtı qəbul ediliblər.
Pandemiyanın ən çox təsir etdiyi və avtomatlaşdırma sisteminə daha çox hazırlıqlı olan sahə pərakəndə ticarətdir. Söhbət təkcə istənilən hər bir şeyi satan böyük cihazlardan getmir. Bura həmçinin sifarişlərin çatdırılması, anbarlardakı işlər, supermarketlərdəki rəflərin məhsullar ilə doldurulması və s. daxildir. Bundan əlavə olaraq böhran logistika və məhsul çatdırılması sahələrinə də investisiyaları yüksəldəcək.

Dəqiq şəkildə çalışmağı bacaran və infeksiyanı yaymayan robotlar həmçinin səhiyyə üçün də yaxşıdır. Belə ki, onlar məkanları dezinfeksiya edə, pasientlərə dərmanları və qida məhsullarını çatdıra, zibil tullantılarını ata və s. kimi işləri görə bilərlər. Bu cür robotlara tələbat koronavirusun yayılmasından bəri artır. Mark Muro-nun fikrincə pandemiyadan sonra avtomatlaşdırma sistmei gündəlik reallığa çevriləcək.

©Technote

Son xəbərlər
Digər xəbərlər