10 C
Baku
Friday, November 15, 2024

Pandemiya Çin aviaşirkətlərinə 5 milyard dollara başa gəldi

Çin aviaşirkətləri bu ilin birinci rübündə ümumilikdə 33,62 milyard yuan (4,8 milyard dollar) itiriblər. Banker.az xəbər verir ki, Çin tənzimləyicisi koronavirus pandemiyasının aviaşirkətlərə çox baha başa gəldiyini bildirir.

Fevral ayında aviaşirkətlərin itkisi 20,96 milyard yuan təşkil edib ki, bu da rekord göstərici sayılır. Əsas mənfi amil beynəlxalq və daxili sərnişin daşımaların dayandırılması olmuşdur: ölkədə ciddi məhdudiyyətlər tətbiq edilmişdir.

Çin Mülki Aviasiya Administrasiyasının rəsmi nümayəndəsi Syun Çze bildirir ki, mart ayında sərnişinlərin ümumi sayı keçən ilə nisbətən 71,1% azalaraq 15,13 milyon təşkil edib.

Son xəbərlər
Digər xəbərlər