Pandemiya dövründə MBA: müsbət və mənfi cəhətləri

Hər kəsin bildiyi həqiqət: çox vaxt böhranlar biznes-məktəblərə xeyir gətirir. İqtisadi tənəzzül zamanı müxtəlif sənaye sahələrində işə qəbul prosesi dayanır, ixtisarlar başlayır, işdən çıxarılan insanlar təhsil almağa göndərilir (çox vaxt MBA ixtisası üzrə) – bu, zaman və pul sərmayəsidir. İndi olmasa, nə vaxt olsun? Şirkətlər onsuz da istehsalı dayandırırlar, insanlar isə işini itirmək riski ilə qarşılaşırlar.

Buna görə də, bu ilin əvvəlində, COVID-19 yayılmağa başlayanda universitetlər başa düşdülər: son beş ildə tələb az olan MBA proqramlarında canlanma baş verə bilər. Məktəblər “COVID-tənəzzül”ün çoxlarını full-time MBA proqramlarına qəbul olmağa motivasiya edəcəyini proqnozlaşdırdılar.

Bununla belə, xəstəliyin yayılma xarakteri və sürəti gözləniləndən bir qədər fərqli oldu: məktəblər öz kampuslarını bağlamalı, ənənəvi dərslərdən imtina etməli və mühazirələri onlayn aparmalı idilər.

Qəbul imtahanlarının növbəti mərhələsi də ciddi dəyişiklərə məruz qaldı: mükəmməl mühazirəçilərin olduğu MBA proqramları abituriyentlərin gözündə “soldu”. Qeydiyyatdan keçmiş, öz ölkələrində kilidlənmiş və beynəlxalq uçuşların qadağan olunması səbəbindən universitet binasında təhsilə başlaya bilməyən tələbələr acınacaqlı vəziyyətə düşdü.

Belə olduqda, yalnız xarici ölkələrdə deyil, eyni zamanda yerli namizədlər də MBA ixtisası üzrə oxumaq planlarından imtina etməli oldular, çünki onların ailəsi böhran şəraitində öz üzərinə əlavə maliyyə öhdəliklərini götürməyə hazır deyildi.

İndiki tələbələrin vəziyyəti

Sürətlə yayılan virus tələbələri distant təhsilə keçməyə məcbur edərək, “MBA təcrübəsi”ni almaq imkanından məhrum etdi. Hal-hazırda təhsil almağa davam edən tələbələr, əyani təhsildən məhrum olduqları üçün biznes-məktəbə ödədikləri vəsaitin qismən qaytarılmasını tələb edirlər.

Məsələn, Stanford GSB-də MBA tələbələrinin 80%-i yaz semestrinin ödənişini geri qaytarmaq üçün ərizə yazıb. Analoji tələb (təhsil haqının 60-80%-ni qaytarmaq) WhartonKellogg tələbələri tərəfindən irəli sürülüb.

Lakin bununla birlikdə, ali məktəblərin bu tələbləri yerinə yetirə bilməməsi ehtimalı var: onlar professorlara maaş verməyə, istedadlı müəllimləri cəlb etmək üçün rəqabətli şərtlər təklif etməyə və keyfiyyətli infrastrukturu dəstəkləməyə davam etməlidirlər.

Axı MBA ixtisasına qəbul olmaq istəyənlər bütün bunlara böyük diqqət yetirirlər!

Biznes-məktəb sizi çağırır?

Eyni zamanda böhranın yuxarıda sadaladığımız bütün aspektlərin tələbələr üçün sərfəli olduğunu söyləyə bilərik. Belə ki, təhsil almaq istədiyiniz biznes-məktəblərə müraciət göndərməyin əsl vaxtı elə indidir.

Gəlin, böhran zamanı biznes-məktəbə qəbul olmağın müsbət və mənfi tərəflərini nəzərdən keçirək.

Təhsil haqqının aşağı düşməsi perspektivi

İndiki dövrdə MBA proqramları alıcı bazarına çevrilib. Proqrama qəbul olmaq istəyən abituriyentlər ilk növbədə “yüksək qiymət” adlanan problemlə qarşılaşırlar. Pandemiya potensial müraciət edənlərin bir hissəsini fikrindən dönməyə məcbur etdiyindən, bir çox aparıcı universitetlər və kolleclər qiymət strukturlarını yenidən nəzərdən keçirirlər.

Dünyanın 200 ən yaxşı biznes-məktəbi reytinqinin iştirakçıları təhsil haqlarında müəyyən dəyişikliklər ediblər. Söhbət 2 Amerika, 1 İngiltərə, 1 İsveçrə  və 3 Hollandiya məktəbindən gedir.

Qeyd edək ki, dəyişikliklər ABŞ, Avstraliya, Kanada, Sinqapur, İngiltərə və digər Avropa ölkələrində daha az tanınan universitetlərin bir çoxunda baş verdi. Bir neçə məktəb təhsil haqlarını donduracağını və qiymətləri qaldırmayacağını, habelə tələbələrə güzəştli müddət verəcəyini açıqladı.

Bəzi universitetlər tələbələrin xərclərini azaltmaq üçün əlavə proqramlar tətbiq etməyi planlaşdırırlar. Onların verdiyi məlumata görə, bu məqsədə çatmaq üçün işçilərin maaşları və səyahət xərcləri azaldılacaq.

Təqaüdlərdə artım

Bundan əlavə, məktəblər təqaüdlərin miqdarını artırırlar ki, bu da bütün tələbələri, xüsusilə də qiymətin ciddi faktor olduğunu düşünənləri cəlb edir. Ancaq digər tərəfdən, bu təqaüdlərə tələb də artacaq, çünki indi ailələr əvvəlkindən daha çox iqtisadi problemlərlə üzləşirlər.

Rəqabətin aşağı olması

Bəli, MBA ixtisasında oxuya-oxuya təqaüd almaq uğurunda rəqabət artacaq, lakin namizədlərin ümumi sayı normaldan daha az olacaq. Belə ki, biznes-məktəbə qəbul olmağı planlaşdıranların çoxu, pandemiyanın yaratdığı qeyri-sabitlik səbəbindən fikrindən dönəcək.

Onlayn-mühazirələr – əlavə imkanlar deməkdir

Komissiya üzvləri və dekanlar tələbələrin böhranın öhdəsindən gələ bilməsi üçün əllərindən gələni edirlər.

Məsələn: pandemiya bitməyənə qədər təhsil proqramlarını onlayn formatda keçirirlər.

Bundan əlavə, mühazirəçilər dairəsinin daha geniş olması, karyera xidmətlərinin tədbirləri və tələbə yoldaşlarında onlayn olaraq ünsiyyət qurmaq imkanı kimi əlavə imkanlar əldə etmək mümkün olacaq.

Qəbul qaydalarının sadələşməsi

Bəzi məktəblər virusun yaxın gələcəkdə zəifləməyə başlayacağına ümid bəsləsələr də, yeni tələbələrin əyanı tədris rejiminə qayıtmalarını təxirə salmağa hazır olduğunu etiraf edirlər.

Qeyd etmək lazımdır ki, daha çox abituriyent cəlb etmək məqsədi ilə tələbləri aşağı salan və müraciət tarixini uzadan məktəblər də var. Digərləri eyni məqsədə çatmaq üçün kampuslarını virtual turlar vasitəsilə “reklam” edirlər.

Yaşayış xərclərinin azalması

ABŞ, İngiltərə, Avstraliya və digər ölkələrdəki məktəblər, habelə bu ölkələrin iqtisadiyyatları, xarici tələbələr (xüsusilə Asiyadan gələnlər) MBA kurslarına qatıla bilmədikləri təqdirdə, “çörək”dən məhrum olacaqlar.

Lakin bunun müsbət cəhətləri də var – həm yeni, həm də indiki tələblər üçün. Pandemiyanın sakitləşməsini gözləyib evdə oturmaq və mühazirələri onlayn şəkildə dinləmək, yaşayış xərclərinə qənaət etməyə imkan verəcək.

Təəccüblü deyil ki, tələblərin ən böyük xərci mənzil kirayəsidir və bu, xüsusilə Nyu-York və ya London kimi böyük şəhərlərdə yerləşən universitet tələbləri üçün uyğun gəlir. Beləliklə, öz ölkəndə yaşamaq, ümumi xərclərinizi 30-35% azaltmağa kömək edəcək.

Əsas mənfi cəhət

Bütün üstünlüklərə baxmayaraq, pandemiyanın MBA proqramlarına göstərdiyi mənfi təsir də var: valyuta məzənnələri aşağı düşür və bu, xaricdə təhsil xərclərinin artmasına səbəb olur.

GMAC (Graduate Management Admission Council) sorğusu göstərdi ki, xaricdə təhsil almaq qərarına gəldikdə, “xərc az və ya orta dərəcədə təsir edəcək” seçimini edən tələbə nisbəti yerli respondentlər arasında 56-61%, xarici respondentlər arasında isə 65% təşkil edir.

Uzunmüddətli perspektivlər

MBA heç vaxt dəyərdən düşmədiyi üçün, tələbələrin diplom naminə qarşılaşdıqları yeni çətinliklərin öhdəsindən gəlməsini yaxşı bir ideya kimi nəzərdən keçirmək olar. Belə ki, əvvəlki maliyyə böhranı dövründə təhsil alanlar bunun karyeraya müsbət təsir göstərdiyini təsdiqləyirlər.

Bloomberg-in 2010, 2011 və 2012-ci illərdə dünya miqyasında 125 məktəbi bitirənlər arasında apardığı araşdırmada göstərilir: məzun olduqdan sonra bir sıra çətinliklərə baxmayaraq, əksər tələbələr iş tapa bildi. Onların MBA ixtisası üzrə təhsil alan zaman qazandıqları təcrübə nəinki bilik və bacarıqları gücləndirdi (bu da bir faydadır), həm də özünəinam hissini inkişaf etdirdi, işəgötürənlər arasında nüfuz səviyyələrini artırdı.

Unutmayın ki, istənilən halda MBA üzrə oxumaq qərarına gəldikdən sonra, onun sizə necə fayda verəcəyini diqqətlə təhlil etməlisiniz. Bazardakı qarma-qarışıqlıq sizin MBA-da oxumaq istəyinizə və hansı məktəbi / proqramı seçəcəyinizə təsir etməməlidir.

Əgər hələ pandemiyadan əvvəl MBA-nın karyera və investisiya gəliri baxımından sizə lazım olan bir şey olduğuna qərar vermisinizsə, bu fikir yəqin ki, hələdə aktualdır. Vaxt itirmədən yüksəkixtisaslı namizəd olmaq üçün əlinizdən gələni edin.

Pandemiya nəzarət altına alındıqdan sonra biznes-məktəblərdə rəqabətin yenidən artacağı gözlənilir. Belə ki, zəifləmiş iqtisadiyyat şəraitində MBA təhsilini qazanmaq çoxları üçün cəlbedici seçim olacaq.

MBA dərəcəsi peşəkarlığı təşviq edir, əlavə təcrübə qazandırır, əlaqə qurmaq üçün yeni imkanlar açır, o cümlədən sahibkarlıq istedadlarını inkişaf etdirir. Bir qayda olaraq, bilik və bacarıqları yüksək olan məzunlar bütün maneələri dəf edə bilirlər.

Bir sözlər, qara zolaq sona çatır, MBA-nın qazandırdığı faydalar isə yox.