8 C
Baku
Thursday, December 12, 2024

Pandemiya dövründə yaşamaq üçün ən bahalı şəhərlər açıqlandı

Paris, Honkonq və İsveçrənin Sürix şəhəri, yeni koronavirus pandemiyası dövründə yaşamaq üçün ən bahalı şəhərlər siyahısına daxil olub.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin “Economist Group” şirkətinin analitikləri tərəfindən hazırlanan araşdırmada deyilir.

Bildirildiyi kimi, ilk onluğa Sinqapur, Tel-Əviv, Osaka, Cenevrə, Nyu-York, Kopenhagen və Los-Anceles yer alıb. Qeyd edək ki, bu məruzə qida, geyim, ev icarəsi və təhsil xərcləri daxil olmaqla, ümumilikdə 138 mal və xidmətin qiymətlərinin müqayisəli təhlili əsasında tərtib edilib. Tədqiqatçılar son 12 ayda daha çox tütünün və elektronikanın bahalaşmasına vurğu edirlər.

Ümumiyyətlə, Qərbi Avropa dünyanın ən “bahalı” regionu hesab olunur. Hesablamalara görə, Parisdə bir kilo çörəyin qiyməti orta hesabla 5,2 dollardan 6,1 dollara, Sürixdə isə 4,69 dollardan 5,03 dollara qalxıb.

“Economist Group” qlobal iqtisadiyyatın 2021-ci ildə koronavirus pandemiyasının təsirindən “tam sağala bilməyəcəyini” və bu səbəbdən qida, ev və internet xərclərinin artmağa davam edəcəyini söyləyirlər.

Son xəbərlər
Digər xəbərlər