9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Pandemiya dünya əhalisinin sərvətini 16 trilyon dollar azalda bilər

2020-ci ildə koronavirus pandemiyası səbəbindən dünya əhalisinin sərvəti 16 trilyon dollar azala bilər. Banker.az xəbər verir ki, bu barədə “Boston Consulting Group” (BCG) konsaltinq şirkətinin hesabatında deyilir. Mütəxəssislərin fikrincə, belə vəziyyətdə dünya sərvətinin virusdan əvvəlki səviyyəyə qayıtması prosesi 2023-cü ilədək davam edə bilər. Müqayisə üçün: 2008-ci ilki maliyyə böhranı dünya kapitalını 10,2 trilyon dollar azaltmışdır.

2019-cu ildə dünya kapitalının həcmi 226,4 trilyon dollar (2018-ci il ilə müqayisədə 9,6% çoxdur) təşkil edib və ən pis vəziyyətdə 2020-ci ildə ümumi sərvət 210 trilyon dollara edəcəkdir. Sonrakı illərdə böyümə bərpa edilsə də, 2019-cu ilin səviyyəsini yalnız 2023-cü ildə keçmək mümkün olacaq. Qiymətləndirmələrə görə, 2024-cü ildə dünya kapitalının həcmi artıq 243 trilyon dollar təşkil edəcək.

“Ən zəngin insanlar – milyonçular və milyarderlər – fond bazarlarındakı qeyri-sabitlik səbəbindən böyük zərbə alacaqlar”, – deyə “Bloomberg” yazır.

Son iyirmi ildə milyonçuların sayı demək olar ki, üç dəfə artıb: 1999-cu ildəki 8,9 milyon nəfərdən 2019-cu ildəki 24 milyon nəfər. Hazırda dünya sərvətinin yarıdan çoxu onlara məxsusdur. Milyonçuların sayına görə birinci yerdə Şimali Amerika dayanır (16,4 milyon nəfər).

BCG-nin hesabatında son 20 ildə ofşor kapitalın həcminin artdığı da qeyd edilmişdir: 1999-cu ildəki 3,1 trilyon dollardan 2019-cu ildə 9,6 trilyon dollara. Keçmiş böhranlar dövlətlərarası maliyyə axınının qısamüddətli artmasına səbəb olub, konsaltinq şirkətinin mütəxəssisləri qeyd edirlər. Qısamüddətli perspektivdə investorların sərvətin bir hissəsini “təhlükəsiz sığınacaqlara” köçürməyə üstünlük vermələri gözlənilir.

Köçürmələrin böyük hissəsi İsveçrənin payına düşür, bu da sərhədlərarası köçürmələrin ümumi həcminin dörddə birini (2,4 trilyon dollar) təşkil edir. Honkonq – ikinci (1,9 trilyon dollar), Sinqapur – üçüncü (1,1 trilyon dollar), ABŞ isə dördüncü (0,8 trilyon dollar) yerdədir. Bildirildiyi kimi, köçürmələrin həcminə görə Asiya ölkələri liderlik edirlər (2024-cü ildə onların payı 40%-a çatacaq).

Son xəbərlər
Oxşar xəbərlər