9 C
Baku
Friday, November 15, 2024

Pandemiya “Google”u qənaət etməyə məcbur etdi

“Alphabet” şirkətinin (“Google” un bir qolu) rəhbəri Sundar Piçai, koronavirus pandemiyası fonunda şirkətin qənaət rejiminə keçdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, işçilərə ünvanlanan bu mesajda, yeni kadrların işə götürülməsi tempinin, eləcə də məlumat mərkəzləri də daxil olmaqla digər sahələrdə xərclərin azalacağını bildirilir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə şirkət ümumilikdə 20 min nəfəri işə götürüb.

“Biz hesab edirik ki, işə götürmə tempini azaltmağın vaxtı gəlib çatdı. Bununla yanaşı, istifadəçilərin və şirkətlərin Google-un dəstəyinə güvəndiyi strateji sahələrdə impulsu qoruyub saxlamalıyıq. Biz investisiya qoymağa davam edirik, lakin məlumat mərkəzləri və avadanlıqlar, habelə qeyri-kommersiya marketinqi və səyahət sahələrində investisiyalarımızın diqqətini və tempini yenidən nəzərdən keçirəcəyik”, – şirkətin mesajında deyilir.

“Google” dan başqa, “Facebook” və “Apple” kimi böyük şirkətlər də pandemiyadan irəli gələn mənfi nəticələrə görə şikayələniblər. Piçainin açıqlaması investorları narahat edir: son hərraclarda şirkətin səhməri mənfiyə düşüb.

Son xəbərlər
Digər xəbərlər