9 C
Baku
Thursday, December 12, 2024

Pandemiya ilə mübarizə aparan tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə 18 milyon manat müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb işçisinə, 3029 nəfər qeyri-tibb işçisinə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Agentlikdən verilən məlumata görə, Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

Ad – 00:11
ƏTRAFLI
M&M
– Tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.6 milyon manat ödənilib.

– Təcili tibbi yardım xidməti göstərən 4137 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 383 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.

– Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4996 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7.1 milyon manat ödənilib.

Qeyd olunur ki, 3029 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.6 milyon manat müddətli əlavə verilib.

Son xəbərlər
Digər xəbərlər