13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Pandemiyanın reklam bazarına təsiri: Ən böyük zərbə radiolara dəydi, gəlirləri 80-90% azalıb

faizlere

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun  müsahibəsi

– Televiziya və radio kanallarında reklam verilməsi üzrə ixtisaslaşan reklam agentliklərinin fəaliyyətini nə dərəcədə effektiv saymaq olar? Pandemiya reklam bazarına hansı səviyyədə zərər vurub, gəlirlər faiz və rəqəm ifadəsində necə azalıb?

– Azərbaycanda kifayət qədər güclü reklam agentlikləri var, agentliklərdə ciddi analitiklər, savadlı rəhbərlər çalışır. Beynəlxalq kommersiya, transmilli reklam şirkətlərinin də nümayəndələri var. Bəzi reklam agentlikləri də var ki, reklamın effektiv yerləşdirilməsinə peşəkar yanaşa bilmirlər. Azərbaycanda reklam agentliyinin fəaliyyət anlayışı bir az fərqlidir. Bizdə agentliyə bir vasitəçi kimi baxılması halları görünür. Yəni reklam verəndən pul götür, müəyyən faizi özünə saxlayıb, qalan hissəsini televiziya, radioya ötür. Əslində reklam agentliyi alacağı faizə görə effektiv reklam kampaniyası keçirməlidir. Məsələn, o, 100 manatı götürür, bu məbləğdə reklamı elə effektiv yerləşdirməlidir ki, müştəri ondan həm məmnun qalsın, həm də satışı artsın. Bəzi reklam agentlikləri həmin müştəridən 100 manatı alıb reklam yerləşdirir, lakin televiziya və radioda gedən reklam effektiv olmur. Müştəri də görür ki, 100 manatı itirdi, effekti olmadı. Belə olan halda düşünür ki, reklam, radio, televiziya, internet effektiv vasitə deyil. Beləliklə, aldadıldığını düşünür və reklamdan çəkinir. Bundan əlavə, bir sistem olmalıdır ki, onlar arasında rəqabət sağlam olsun, peşəkar reklam agentlikləri həm müştərilərə, həm də Azərbaycanda yerli istehsala yaxşı xidmət göstərsin. Hazırda reklam agentlikləri arasında böyük rəqabət var. Ancaq sistem, indiki durum buna gətirir ki, reklam agentlikləri öz aralarında keyfiyyətlə yox, qiyməti azaltmaqla rəqabət aparırlar. Bununla da, Azərbaycanın həm televiziya, həm də radioda reklam xərci çox aşağı düşür.

Hazırda pandemiya vəziyyəti davam etdiyi və onun nə zaman bitəcəyi məlum olmadığı üçün reklam bazarının nə qədər azaldığı ilə bağlı hesablamaları aparmaq hələ ki, mümkün olmur. İlkin mərhələdə həm Azərbaycanda, həm də digər ölkələrdə ən çox əziyyət çəkən radiolardır. Çünki karantin zamanı maşınlar küçəyə çıxmır, təbii ki, radionun əsas dinləyicilərini sürücülər, maşında oturanlar təşkil edir. Maşınlar küçələrə çıxmadığından karantin dövründə radioların gəlirləri demək olar ki, 80-90 faiz  azalıb. Avropa ölkələrində də ən böyük zərbə radiolara dəydi. Bəzi Avropa ölkələrində pandemiya dövründə televiziya reklam gəlirləri 30-40% azaldığı halda, radioda reklam gəlirləri 60-70% düşüb. Çox güman bizdə də radiolarla müqayisədə, televiziyalarda reklam gəlirlərində o qədər də azalma yoxdur. Amma bu qiymətləndirməni ilin sonuna yaxın aparmaqla təxminən biləcəyik ki, problemin nəticələri nə olacaq. Qeyd etmək istəyirəm ki, bizdə də, dünyada da paralel proses getdi. Karantin dövründə televiziyaya baxış kəskin surətdə artdı, digər tərəfdən isə reklam gəlirləri düşdü. İnsanlar evdə otururlar, televiziyaya baxırlar. Hazırda dəqiq proqnozlaşdırma olmur.

İldə bir dəfə, fevral-mart aylarında qiymətləndirmə keçirməyi planlaşdırırıq. Bu il imkanımız oldu, 2019-cu ilin hesabatını hazırladıq. Gələn ilin fevral-mart aylarında isə bu ili qiymətləndirəcəyik. Bu, çox vacib işdir. Bizdə həmişə deyirlər ki, televiziyada minlərlə insan işləyir. Minlərlə çox geniş anlayışdır. Artıq biz bilirik ki, Azərbaycanda audiovizual industriyada 7500 insan çalışır.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər