Pandemiya səbəbindən müflis olmuş 10 böyük şirkət

Koronavirus pandemiyası dünya iqtisadiyyatına mənfi təsir göstərir. Ayrı-ayrı şirkətlər kimi bütün sənaye sahələri də əziyyət çəkir. Belə ki, son bir neçə ay ərzində bir sıra şirkətlər müflis olduğunu açıqlayıb. 

Pandemiya səbəbindən müflis olmuş 10 böyük şirkət:

  1. Debenharms

İngiltərənin dəbli geyim riteyleri İrlandiyadakı 11 mağazasını bağlayır. Qeyd edək ki, ümumilikdə mağazalar şəbəkəsində 20 mindən çox insan çalışır. 

Bundan əlavə, riteyler pərakəndə satış nöqtələrini də satışa çıxaracaqdır. Rəhbərliyin verdiyi məlumata görə, bu qərar pandemiya ilə əlaqədar itkilərə görə qəbul edilib. 

  1. JCPenney

Müflis olan şirkətlər sırasına həmçinin “JCPenney” də daxildir. Şirkətin ümumi borcu 4,2 milyard dollara çatır. 

  1. J.Crew

J.Crew –  koronavirus pandemiyası zamanı domino effektini tətbiq edən ilk böyük Amerika şirkəti idi. Şirkət mayın 4-də iflas üçün müraciət göndərib, borcları 1,7 milyard dollara çatır. 

Çətinliklərə baxmayaraq, şirkət pandemiya sona çatdıqdan sonra 181 ticarət nöqtəsi, 170 fabrik nöqtəsi və “Madewell” brendi altında 140 mağaza açmağı planlaşdırır. 

  1. Neiman Marcus

Özündə premium-klass seqmentinə daxil olan brendləri birləşdirən bu univermaq müflis olduğunu mayın 7-də açıqlayıb. Qeyd edək ki, onun borcları 4 milyard dollardan çoxdur. 

Məşhur riteyler 43 ticarət nöqtəsinə, “Last Call” brendi altında 22,  “Manhattan Bergdorf Goodman” brendi altında isə 2 mağazaya sahibdir. 

  1. Intelsat

Intelsat – dünyanın ən böyük peyk operatorudur, mayın 14-də iflas üçün müraciət göndərib. 

Rəhbərlik şirkətin davam edən əməliyyatları dəstəkləmək üçün yenidənqurma prosesində likvidlik təmin edəcək 1 milyard dollarlıq maliyyə yardımını aldığını bildirir. 

  1. OneWeb – SoftBank-dan dəstək alan və kosmosa 74 peyk buraxan onlayn startapdır. Əlavə dəstəyə baxmayaraq, martın 27-də müflis olduğunu elan edib. 
  2. Pioneer Energy

Pioneer Energy – Amerikanın böyük neft sənayesi xidmətləri şirkətidir, San-Antonioda yerləşir, iflas üçün martın 2-də müraciət edib. 

  1. Diamond Offshore Drilling

Diamond Offshore Drilling – aprelin 27-də səhmdarlara divident ödəmək iqtidarında olmadığından iflas üçün müraciət etmiş şirkətlərdən biridir. Şirkətin borcları milyardlarla dollar təşkil edir. 

  1. Flybe

Avropanın ən böyük regional daşıyıcılarından biri olan bu şirkət bütün uçuşları martın 5-də dayandırmışdır. Ekspertlər aviaşirkətlərin iflas dalğasının hələ qabaqda olduğunu təxmin edirlər. 

  1. Virgin Australia

Virgin Australia – Avstraliyanın ən böyük aviaşirkətlərindən biridir, milyarder Riçard Brenson tərəfindən təsis edilib. Qeyd edək ki, şirkətin daha əvvəl Avstraliya hökumətinə yardım almaq məqsədi ilə müraciət etməsinə baxmayaraq, rədd cavabını alaraq iflas üçün müraciət etməyə məcbur olub.