2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar milyarderlər böyük zərərə uğrayıblar.
“Forbes”in məlumatına görə, dünyanın ən zəngin 267 insanından 226-sı artıq milyarder statusunu itirib.
Lakin epidemiyanın zəngin etdiyi insanlar da var. Bunlardan biri də “Zoom Video Communications”un əsasını qoyan Erik Yuandır. İl başlayandan bəri o, iki milyard dollardan (3.4 milyard AZN) artıq pul qazanıb.
Belə ki, pandemiya ilə əlaqədar dünyanın bir çox şirkətləri distant təhsilə və işə keçib. Cari reallıqda onlayn konfrans xidmətləri isə əvəzolunmazdır. Bu proqram da məhz belə xidmətlər göstərdiyi üçün ona tələbat artıb.
©Oxu.az