15 C
Baku
Thursday, May 2, 2024

Pandemiyada yığılan neft ehtiyatı demək olar ki, tükənib

Koronavirus pandemiyası dövründə tələbatın azalması fonunda yığılan neft ehtiyatları kəskin azalıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin anbarlarında 20%-dən az neft qalıb. Ekspertlər 2021-ci ildə neft qiymətlərinin artaraq bir barel üçün 74 dollara yüksələcəyini proqnozlaşdırırlar.

Beynəlxalq Enerji Agentliyi (IEA) inkişaf etmiş ölkələrin fevral ayında 57 milyon neft artıqlığını təxmin etmişdir. Bu, 2020-ci ilin iyul ayında qeydə alınan 249 milyon barelin pik dəyərinin təxminən 23%-dir.

Beləliklə, 2020-ci il pandemiyası ilə müqayisədə kəskin dönüş yaşanıb. O dövrdə qlobal neftə olan tələb 20% azalıb, ticarət nəhəngi “Gunvor” isə yanacaq saxlamaq üçün yerin olmayacağından ehtiyat edib.

Pandemiyada müşahidə etdiyimiz neft artıqlığı OPEC+ tərəflərinin istehsalı azaltmaq qərarı fonunda əhəmiyyətli dərəcədə azalıb. Nəticədə xam neftin qiymətləri hazırda bir barel üçün 67 dollar təşkil edir.

“Citigroup”un analitikləri tələbin artması ilə dünya neft ehtiyatlarının gündə 2.2 milyon barel azalacağını gözləyirlər. Bu, “Brent” markalı neftin 74 dollar və daha yüksək səviyyəyə qalxması deməkdir.

Xatırladaq ki, aprel ayının əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində növbəti üç ayda neft hasilatını gündə 1.15 milyon barel artırmaq qərarına gəliblər. Mart ayında Rusiya və Qazaxıstan xaric olmaqla bütün ölkələr hasilatı artırmayacaqları barədə qərar qəbul ediblər. Rusiya hasilatı gündə 130 min barel, Qazaxıstan isə – 20 min barel artırmalı idi.

Daha əvvəl verilən məlumata görə, mövcud texnologiyalarla Rusiyanın neft ehtiyatları ona 58 ilə kifayət edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər