Pandemiyaya baxmayaraq sığorta brokeri böyüyüb, mənfəətini artıra bilib

“Marş Sığorta və Təkrar sığorta Brokeri” 2020-ci ili 602 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-ci illə müqayisədə 25.2% çoxdur. Şirkət 2018-ci ili 481 min manat xalis mənfəət ilə bağlamışdı.

Banker.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə “Marş Sığorta və Təkrar sığorta Brokeri” 1 milyon 835 min manat broker haqqı qazanıb. Şirkət 2019-cu ildə 1 milyon 855 min manat broker haqqı əldə etmişdi.

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 9 milyon 236 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 69% artıb.

2020-ci ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in cəmi öhdəlikləri 2 dəfə artaraq 8 milyon 63 min manata, cəmi kapitalı isə 4% azalaraq 1 milyon 173 min manata düşüb.

Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir.

Son xəbərlər
Digər xəbərlər