Pandemiyaya görə turistlərin bank kartlar üzrə əməliyyatları azalıb

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub.

Bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyul sayında deyilir.

Bunun nəticəsində 2020-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,7 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-iyun ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 279,7 milyon manatlıq əməliyyat aparıblar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları