7 C
Baku
Monday, February 9, 2026

“Pandora” gümüş qiymətlərinin artımı fonunda platindən istifadəyə keçir

Danimarkalı zərgərlik istehsalçısı “Pandora” bəzi bəzək əşyalarında gümüş əvəzinə platin istifadə edəcəyini açıqlayıb. Şirkətin bildirdiyinə görə, məqsəd son vaxtlar kəskin bahalaşan gümüş qiymətlərindən asılılığı azaltmaqdır.

“Qlobal xammal bazarlarında volatillik zərgərlik sənayesinin qiymət modellərinə təsir göstərib, çünki son bir ildə gümüş və qızılın qiymətləri sürətlə artıb. Assortimentimizə platin örtüklü məmulatlar əlavə etməklə Pandora sterlinq gümüşündən asılılığını azaldacaq, eyni zamanda istehlakçılara arzuladıqları yüksək keyfiyyətli zərgərlik məmulatlarını münasib qiymətlərlə təqdim etməyə davam edəcək”, — deyə şirkətin açıqlamasında bildirilir.

Məhsullarının böyük hissəsi gümüşdən hazırlanan “Pandora” tam şəkildə platinə keçməyi planlaşdırmır, çünki platin ümumilikdə daha bahalıdır. Bununla belə, şirkət məmulatlarında gümüş istifadəsini 25% azaltmağı və tərkibində platin olan, lakin tam platin məmulatdan daha ucuz başa gələn yeni ərinti hazırlamağı planlaşdırır. “Pandora” platin örtüklü ilk saat kolleksiyasını artıq bu il təqdim etməyi, daha sonra isə platin istifadə olunan yeni zinət əşyalarını mərhələli şəkildə artırmağı nəzərdə tutur.

Son bir ildə gümüşün qiyməti iki dəfədən çox artıb. Yanvar ayında gümüşün qiymətləri, qızıl kimi, dəfələrlə tarixi rekordları yeniləyib.

Son xəbərlər
Digər xəbərlər