“Pandora” təbii almazlardan imtina edərək, laboratoriyada yetişdirilən daşlara keçəcək

“Pandora” markası təbii almazlardan imtina edərək, laboratoriyada yetişdirilən daşlara keçəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətin CEO-su Aleksandr Laçik BBC-yə verdiyi müsahibədə təbii almazlardan imtinanın davamlı inkişaf siyasətinin bir hissəsi olduğunu bildirib.

Qeyd edək ki, “Pandora”nın süni almazlardan hazırladığı ilk zərgərlik əşyaları İngiltərədə 250 funt sterlinqdən (350 dollar) başlayan qiymətlərlə satışa çıxarılacaq.

“Bain&Company” konsaltinq şirkətinin mütəxəssisi bildirib ki, alıcılar daha maraqlı dizayn və ucuz qiymət səbəbindən çox vaxt laboratoriyada yetişdirilən daşlara üstünlük verirlər. Almaz mədəninin ekoloji və etik nəticələri narahatlıqların ilk beşliyinə daxil deyil.

Antverpen Ümumdünya Almaz Mərkəzinin (AWDC) hesabatına görə, 2020-ci ildə təbii almaz istehsalı 111 milyon karata düşüb. Xatırladaq ki, 2017-ci ildə bu göstərici 152 milyon karat olub. Ən böyük azalma Rusiya, Kanada, Botsvana və Avstraliyada qeydə alınıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.