05.09.2024-cü il tarixdə saat 11:00-da “PANO” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmlərin sayının azaldılması barədə müzakirə.
2. Dövlət reyestrindən çıxarışda nizamnamə kapitalının məbləğinin dəyişdirilməsi üçün lazımi işlərin görülməsi.
3. Kapitalın azaldılması ilə bağlı AR-in Mərkəzi Bankına müraciət edilməsi.
Ünvan Bakı şəhəri, Suraxanı qəsəbəsi, Əmircan ŞTQ, İ.Məmmədov, 127 A-dır.