13 C
Baku
Saturday, April 27, 2024

“Papa John’s”a yeni CEO gətirildi

Son zamanlarda satışlarında azalma gözlənilən və 2018-ci ildə gəlirləri 12% azalan pizza zənciri “Papa John’s‘-da CEO dəyişikliyi baş verib.

Şirkətin hazırdakı CEO-su Steve Ritchienin yerinə, Arby’s -in rəhbəri 
Rob Lynch gətirilib.

“Fast-foos” sektorunun təcrübəli adı Lynch yeni vəzifəsinə avqustun 27-dən etibarən başlayıb.Lynch Arby’s komandasına 2013-cü ildə qatılıb. Daha öncə isə Procter & Gamble-da marka müdiri və Yum! Brands-da Taco Bell-dən məsul marketin müdiri köməkçisi işləyib. 2017-ci ildən bu yana isə Arby’s -in rəhbəri vəzifəsində çalışıb.

Qeyd etmək yerinə düşər ki, Papa John’s’ dünya miqyasında 5300 nöqtədə xidmət verir. Yeni rəhbər dəyişikliyi ilə bağlı xəbərdən sonra Papa John’s-un səhmlərinin dəyəri son altı ayda ən yaxşı gün ərzində 7,6%-ə yüksəlib. Şirkətin səhmləri ötən il ərzində 29%, bir öncəki il isə 34% dəyər itirmişdi.

©Facemark.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər