6 C
Baku
Wednesday, February 25, 2026

Papoyan: Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır

Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır.

Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

“Azərbaycan benzini (Ermənistanda – red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini – red.) bitdikdə, (Ermənistanda – red.) benzin qiymətləri artır”, – nazir bildirib.

Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə ötən ilin dekabrında başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrda Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 min 210,28 ton “Premium Euro-95” markalı avtomobil benzini tədarük edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Ermənistana 4 500 ton dizel yanacağı göndərib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər