Ermənistanla Azərbaycan arasında müzakirələr aparılır.
Banker.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını bizə verdi, biz də öz növbəmizdə öz siyahımızı onlara təqdim etdik. Ticarət olacaq. Əminəm ki, yüz milyonlarla dollarlıq ikitərəfli ticarət potensialı var”, – nazir qeyd edib.






