16 C
Baku
Friday, November 22, 2024

“Para” BOKT 2023-cü il üzrə maliyyə hesabatını açıqladı

“Para” BOKT ASC 2023-cü ilin illik maliyyə hesabatını açıqlayıb.

Banker.az BOKT-un hesabatına istinadən xəbər verir ki, “Para” BOKT ASC-nin 2023-cü ildə faiz gəlirləri 5 milyon 207 min manat, faiz xərcləri 1 milyon 157 min manat təşkil edib. 2022-ci ildə isə BOKT-un faiz gəlirləri 6 milyon 109 min manat, faiz xərcləri 1 milyon 159 min manat olub.

31 dekabr 2023-cü il tarixinə “Para” BOKT-un cəmi aktivləri 21 milyon 109 min manat olub ki, onun 12 milyon 134 min manatı müştərilərə verilmiş kreditlər təşkil edir.

Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb və nizamnamə kapitalı 29 milyon 266 min manatdır.

BOKT-un hesabatı ilə daha ətraflı linkdən tanış ola bilərsiniz.

p1 p2 p3 p4

Son xəbərlər
Digər xəbərlər