17 C
Baku
Wednesday, May 14, 2025

“Para” BOKT 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı

“Para” BOKT ASC 31 dekabr 2024-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Banker.az hesabata istinadən xəbər verir ki, “Para” BOKT ASC-nin ötən il faiz gəlirləri 4% artaraq 5 milyon 405 min manat təşkil edib. 2023-cü ildə BOKT-un faiz gəlirləri 5 milyon 207 min manat olub.

2024-cü ildə “Para BOKT”un faiz xərcləri 1 milyon 157 min manatdan 1 milyon 158 min manata çatıb. “Para BOKT” ötən ili 4 milyon 18 min manat əməliyyat gəliri ilə bağlayıb. Dəyərsizləşmə üzrə zərərlərin, işçi heyəti üzrə xərclər və sair ümumi inzibati xərclərin cəmi əməliyyat gəlirini üstələyib. Dəyərsizləşmə üzrə 3 milyon 894 min manat ehtiyatlara ayırıb.

31 dekabr 2024-cü il tarixində “Para” BOKT ASC-nin cəmi aktivləri 18 milyon 513 min manat olub. Bunun 10 milyon 376 min manatı müştərilərə verilmiş kreditlərdir. Təşkilat 2023-cü ilin sonunda 12 milyon 134 min manat kredit portfelinə malik idi.

Hesabat dövründə “Para” BOKT-un cəmi öhdəlikləri 1 milyon 394 min manat və ya 4% azalaraq 37 milyon 650 min manata geriləyib. Cəmi öhdəliklərin azalması BOKT-un banklara və digər maliyyə institutlarına ödəniləcək vəsaitlərin azalması ilə əlaqədardır ki,  24 milyon 109 min manatdan 21 milyon 456 min manata düşüb. Cəmi kapitalı isə 7% artaraq 19 milyon 137 min manata çatıb.

Xatırladaq ki, 02 dekabr 2016-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən əvvəllər Parabank olan Təşkilatın adı dəyişdirilərək “Para” BOKT Açıq Səhmdar Cəmiyyəti kimi qeydiyyata alınıb. Onun nizamnamə kapitalı 29 milyon 266 min manatdır. BOKT Bakı şəhəri və Respublikanın bölgələrində 18 filial şəbəkəsi ilə xidmət göstərir. “Para” BOKT qızıl girovu ilə nağd pul krediti əldə etməkdə müştərilərə lombard krediti xidməti təqdim edir.

Son xəbərlər
Digər xəbərlər