30 C
Baku
Wednesday, August 20, 2025

“Para” BOKT-nin rəhbərliyinə təyinat olub

“Para” BOKT ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki,  Nigar Mehdiyeva Allahverdi qızı İdarə Heyətinin üzvü seçilib.

O bu vəzifədə Rəcəb Hüseynov Məmməd oğlunu əvəz edib.

N.Mehdiyeva buna qədər BOKT-də baş mühasib idi.

Xatırladaq ki, “Para” 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 38.887 milyon manatdır. BOKT-un səhmlərinin 17%-i Eldar Quliyevə, 15.5% Alevtina Quliyevaya, 10.95%-i Əşrəf Səfərova, 10.95%-i Faiq Səfərova, 9.8%-i Tamilla Hacıyevaya, 9.6%-i Elnur Quliyevə, 9%-i Vəli Quliyevə, 6%-i Fərman Quliyevə, 3.4%-i İbrahim Səfərova, 3.4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1.4%-i isə digər şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər