“Nikoil Bank” ASC-nin İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri dəyişib. Agentliyin əldə etdiyi məlumata görə, bu vəzifəyə Firudin Hüseynbəyli gətirilib.
O, bundan əvvəl hazırda ləğvetmə prosesində olan “Parabank” ASC-də ştatdankənar hüquqşünas vəzifəsində çalışıb. F.Hüseynbəyli yeni işində Ayxan Rüstəmzadəni əvəz edib.
Bu, son bir ayda “Parabank”dan “Nikoil Bank”a sayca 3-cü transferdir. Bir qədər əvvəl “Parabank”ın hüquq şöbəsinin rəisi Elşən Kərimov “Nikoil Bank”ın hüquq şöbəsinin rəisi, “Parabank”ın baş icraçı direktoru Cəlal Nağıyev isə “Nikoil Bank”ın Problemli aktivlərin idarə edilməsi Departamentinin direktoru vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, “Nikoil Bank” ASC 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın təsisçiləri “Topaz İnvestments” QSC (56,4%), “Nikoil” QSC (42,6%) və “ISR Holding” MMC-dir (1%).
Report