2 C
Baku
Saturday, December 14, 2024

“Parabank”ın apellyasiya şikayətinə cavab verildi

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi tərəfindən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ərizəsi əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Parabank” ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Parabank” ASC-nin bank lisenziyası ləğv edilib. 22 iyul 2016-cı il tarixdən lisenziyası ləğv olunmuş bankın MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata “Parabank” ASC-nin məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin edib. Həmin qərardan narazı qalan “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi Həbib-Zadə Vəfa Həbib oğlu apellyasiya şikayəti verib.

Report

Son xəbərlər
Digər xəbərlər