26 C
Baku
Monday, August 18, 2025

“Parabank”ın BOKT kimi fəaliyyətə başlayacağı tarix açıqlandı

“Gələn ilin əvvəlindən etibarən “Parabank” BOKT kimi fəaliyyətə başlayacaq”.

Bu sözləri ləğvetmə prosesində olan bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bildirib.

ELƏCƏDƏ BAX: Banklar dollar və avronu neçəyə satır? [SİYAHI]

Onun sözlərinə görə,  BOKT əvvəlki filial şəbəkəsi və işçi heyəti ilə fəaliyyətinə davam edəcək.

“Bankın BOKT-yə çevrilməsindəki ilk mərhələ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) icazə verməsi ilə geridə qalıb. Növbəti addımlar isə qısa müddətdə yekunlaşacaq”, – deyə R.Hüseynov vurğulayıb.

Xatırladaq ki, “Parabank” lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən ləğv olunmuşdu.

BBN.az

Son xəbərlər
Digər xəbərlər