Braziliyada keçirilən G20 sammitində iştirak edən Paraqvay prezidenti Santyaqo Penyo döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, dövlət başçısı ürəyin üstündə yerləşən prekordial nahiyədə diskomfort hiss edib.
Həkimlər cənab Penyo üzərində elektrokardioqramma apardıqdan sonra onda patologiya aşkar ediblər. Paraqvay prezidenti Rio-de-Janeyrodakı özəl Samaritano xəstəxanasına aparılıb.
Noyabrın 18-də Rio-de-Janeyroda G20 ölkələrinin ikigünlük sammiti işə başlayıb. Görüşə Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnam da daxil olmaqla, bütün G20 ölkələrinin liderləri dəvət olunub. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
Sammit iştirakçıları davamlı inkişaf məqsədlərinə əsaslanan qlobal maliyyə arxitekturasında islahatları sürətləndirmək barədə razılığa gəliblər və Ukraynada nizamlanma üçün istənilən konstruktiv təşəbbüsləri dəstəkləyiblər.