26 C
Baku
Saturday, July 27, 2024

Paraqvayın vitse-prezidenti istefa verəcək

Paraqvayın vitse-prezidenti Uqo Velaskes istefa verəcəyini açıqlayıb.

O, bu barədə “Monumental” radiosuna müsahibəsində bildirib.

ABŞ-da vertolyot qəzaya uğrayıb, 3 polis olmaqla, 4 nəfər ölübABŞ-da helikopter qəzaya uğrayıb, iki nəfər ölübBayden: “Qərb müharibənin Moskva üçün “strateji uğursuzluğa” çevrilməsini təmin etməlidir”

Velaskesin sözlərinə görə, ABŞ-ın ona qarşı sanksiyalar tətbiq etməsi xəbəri “soyuq duş” effekti verib.

“Mən vitse-prezident vəzifəsindən istefa verəcəm”,- deyə o bildirib.

Bundan əlavə, o, prezidentliyə namizədliyindən də geri çəkiləcəyini deyib.

Agentliyin məlumatına görə, ABŞ Velaskesi korrupsiyada ittiham edib və ona qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, vitse-prezidentin yaxın adamı Karlos Duarte Velaskesə və onun maliyyə maraqlarına təhlükə yaradan istintaqa mane olmaq üçün məmura rüşvət təklif edib.

 

 

Son xəbərlər
Digər xəbərlər